Baş xəbər

“Uşaqların xoşbəxt gələcəyi hər kəsin məsuliyyətidir”

Bugun.tv-xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz sosial media hesabında paylaşım edərək bütün uşaqları təbrik edib.

Deputat bildirib ki, uşaqlar cəmiyyətin və dövlətin gələcəyidir və onların sevgi, qayğı və diqqət içərisində böyüməsi hər bir vətəndaşın ortaq məsuliyyətidir.

Ceyhun Məmmədov qeyd edib ki, ölkədə uşaqların hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi, təhsil və sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti nəticəsində uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirilir.

Deputat vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq bağçalarının və sosial müəssisələrin tikilməsi, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək proqramlarının icrası bu sahədə görülən mühüm işlər sırasındadır.

Paylaşımda hər bir uşağın təhlükəsiz mühitdə böyümək, keyfiyyətli təhsil almaq və öz bacarıqlarını reallaşdırmaq hüququnun olduğu qeyd olunub. Ceyhun Məmmədov uşaqların xoşbəxt gələcəyi üçün çalışmağın yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin qarşısında duran vacib vəzifə olduğunu bildirib.

Sonda deputat bütün uşaqları və valideynləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir daha təbrik edərək ailələrə xoşbəxtlik, sevinc və firavanlıq arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu