Dünya

ÜST açıqladı: Ən böyük risk qidadır, 1,6 milyon insan bu səbəbdən xəstələnir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka bildirib ki, dünyada hər gün təxminən 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir.

Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

“Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidaya görə xəstələnir”. Branca, qida yoluxucu xəstəliklərin yüzdə 40-ının 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib.

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən Branca, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb.

“Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Ərzaq yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəyə bilər”, – Branka deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Coca-Cola zavodunda güclü yanğın baş verdi

Aynur Camal

Dünyada ilk dəfə yaşlı insanların sayı 5 yaşadək uşaqların sayını ötdü

Aynur Camal

Finlandiyada Soyuq müharibədən bəri Avropanın ən böyük mülki müdafiə təlimi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu