Maraqlı faktlar

Ustalar görsə təəccüblənər: 3D printerlə ev tikdilər – nəticə diqqət çəkdi

Bugun.tv xəbər verir ki, İtaliyada tikinti sektorunda diqqətçəkən yenilik həyata keçirilib. Beton, dəmir və kərpicdən istifadə edilmədən, tamamilə yerli xam torpaqdan 3D printer texnologiyası vasitəsilə inşa edilən ilk ekoloji ev modeli “TECLA” böyük maraq doğurub.

Layihə İtaliyanın Mario Cucinella Architects memarlıq studiyası ilə WASP şirkətinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

Tikintidə istifadə olunan əsas material isə birbaşa inşaat sahəsindən əldə edilən təbii torpaq və gil qarışığı olub. Mütəxəssislər bildirirlər ki, bu üsul həm ekoloji baxımdan daha təhlükəsizdir, həm də tikinti xərclərini azaltmağa imkan yaradır.

Evin tikintisi üçün eyni anda işləyən iki böyük 3D printerdən istifadə olunub. “TECLA” layihəsində, mürəkkəb palçıq yuvaları quran vəhşi arılardan ilham alınaraq hazırlanan Crane WASP adlı nəhəng çoxfunksiyalı printer qolları tətbiq edilib.

Sistem xüsusi gil qarışığını qat-qat yerləşdirərək divarları formalaşdırıb. Dairəvi xətlərə malik futuristik dizaynı ilə seçilən ev müasir memarlıq nümunəsi kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə ənənəvi tikinti üsullarına alternativ ola bilər və xüsusilə ekoloji yaşayış layihələrində geniş istifadə edilə bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

İyrənc görünsə də faydalı hesab olunan 9 içki açıqlanıb

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Süni intellektə həddindən artıq bağlılıq insan zəkasını zəiflədə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu