25 C
Baku
27 İyul 2024, 4:34
Baş xəbər

“Vətənin ziyalı oglu” adlı tədbir keçirildi

Professor, həkim-təbib, şair, 7 Elmi-tibbi ixtira müəllifi, 8 şer kitab müəllifi, Abdullayev Əli Həsən oglunun xatirəsinə həsr olunmuş “Vətənin ziyalı oglu” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, hüquqşünas Mehriban Abdullayeva açaraq, qonaqları salamladı, 1 dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan keçən əzizlərin xatirəsi yad edildi, ruhlarına dualar oxundu. Millət vəkili Vuqar Iskenderov , professor Tibb elmlər doktoru İbadulla Agalarov, Tarixçi alim, professor Nizami Məmmədov, şairə Mercan Shahbuzlu, Ramiz Meşedihesenli, Beynəlxalq TÜRKEL Medianın baş redaktoru, prezidenti Hökümə Xəlilova, Memar Irada Rafi, jurnalist şair Xezer Mesimov, şairə Nəcibə xanım, Ziyalı Svetlana Zeynalova, Yasamal R. Veteranlar Cəmiyyətinin sədri Bəhram Şeydayev, müəllimə Zehra Alieva, Vəkil Lətifə Əliyeva, müəllimə Sehran Süleymanova, yazıçı Pərvanə Mehmanqızı, Qazi Elshan Meherremov, Farida Haqverdieva, Mehin Qasımlı, Şəhla Hacıyeva, Abşeron kitabxanasının metodisti Pərvanə xanım, Qazi Isa Musayev, Qazi anası Afayət Muradova, Qazi, QHT sədri Serraf Oruc, başqa ziyalılar, QHT sədrləri, dostlar, qohumlar Əli müəllim haqqında xoş xatirələtini, elmi işləri, tibb sahəsində göstərdiyi fəaliyyəti, şairliyi, şerləri, Vətənpərvərliyi, elinə-obasına baglılıgı, ailəcanlılıgı, qohumcanlılıgı, Azərbaycanın bütün bölgələrində onun tələbələrinin həkim olaraq, çalışmaları, müəllimlərini böyük məhəbbət, mehriban bir insan olaraq, tələbələrinə , qohumlarına qarşı olan sevgisindən, böyüyə-kiçiyə olan diqqətindən, hörmətindən sayqı ilə danışıdılar.

Hər kəs ürəyindən gələn xoş xatirələrlə, Əli müəllimi yad etdilər, şerləri söylənildi.

Tədbir 4 saat davam etməyinə baxmayaraq, heç kəs getmək istəmirdi.

Tədbirə gəldiklərinə görə, gözəl və xoş xatirələrini bölüşdükləri üçün, hər kəsə təşəkkürünü bildirən, Mehriban Əliqızı Abdullayeva tədbiri yekunlaşdıraraq dedi: “Belə bir Vətənpərvər, gözəl ziyalı, ailəcanlı atanın qızı olmagımla fəxr etmişəm və edirəm. 4 övlad, 5 nəvəsi, 7 nəticəsi olan atam, daima onu sevənlərin ürəyində yaşayacaq. Allah rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun, amin”.

DCQHM İB Mətbuat xidməti, Mehriban Abdullayeva.

Bugün TV

Oxşar xəbərlər

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum olub

Aynur Camal

MN: “Qardaş Türkiyəmizin Zəfər Bayramının 100 illiyini təbrik edirik!”

Aynur Camal

Yunanıstanda turistlər üçün iqlim dəyişikliyinə qarşı dayanıqlığa görə vergi tətbiq olunacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu