Baş xəbərSiyasət

V.iskəndərov:  “Litva təcili öz səhvini düzəltməlidir”

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra Litva ilə çox yaxşı strateji əlaqələr qurub.Bizim oradakı ,səfirliyimiz və Litvanın Bakıda ki,səfirliyi vasitəsilə çox normal və çox şaxəli işlər görülüb.Otuz ilə yaxın Azərbaycan və Ermənistan münaqişə şəraitində yaşayanda Litva neytral mövqe sərgilədi.

Bu sözləri “Bugun.tv”-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov bildirib.

Millət vəkili Şuşa-Xankəndi yolunda baş verən aksiyalara Litva XİN-nin absurd bəyanatının gözlənilməz olduğunu vurğulayıb:

“Əslinə qalsa, biz ondan ədalət, beynəlxalq hüquqa hörmət gözləyirdik. Amma məsələnin sülh yolu ilə həll olunmasını arzuladı. Bu yolda öz təkliflərini verdi. Bizim daxili işlərimizə qarışmadı. Qərəzli bəyanatlar söyləmədi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə həm geosiyasi, həmdə geoiqtisadi konfiqurasiya formalaşdırır. Qlobal anlamda dünya ilə, Avropa ilə yüksək səviyyədə iqtisadi münasibətlər formalaşdırır. Artıq Azərbaycan dostlarının sayı durmadan artır. Son günlər Şuşa-Xankəndi yolunda baş verən aksiyalara Litva XİN-nin absurd bəyanatı gözlənilməz oldu. Anlamadım ki,bununla nə demək istəyir?.  Bu vaxta kimi harda idi? Azərbaycanın həmin ərazidə müxtəlif terrora məruz qalması, beynəlxalq cinayətdir. Düşünülməmiş bəyanatların verilməsi kökündən yanlışdır .Ümumiyyətlə məsələni bilmədən fikir yürüdülməsi təbii ki ,Litvaya baş ucalığı gətirməz. Litva təcili öz səhvini düzəltməlidir. Məsələyə, düzgün və açıq yanaşmalı və doğru bəyanat verməlidir. Əgər bunu da edə bilmirsə, kənara çəkilib öz yerində durmalıdır. Onların özlərinin də problemləri var. Rus mədəni mərkəzlərinin bağlanması, rus icmalarının sıxışdırılması, rus dilinin tamamilə ləğv edilməsi özünü başqa mədəniyyətə uyması adlanır. Lakin biz heç vaxt bunu söyləmədik. Litvanın daxili işlərinə qarışmadıq. Onların bu məsələdə tutduğu mövqe çox məyusedicidir. Düşünürəm ki, qısa zamanda Litva Xarici İşlər Nazirliyi öz səhvini düzəltməlidir.”

Oxşar xəbərlər

Çində sirli pnevmoniya halları yayılıb

İntizar Əmirova

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Bugün TV

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət aldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu