Baş xəbərDünya

“Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln.avro itirir”

Xarici Xəbərlər. 

“Biz başlatdığı bu dəhşətli müharibənin bədəlini Rusiyaya ödədirik”.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.Ursula von der Leyen bildirib ki, Aİ-nin və tərəfdaşlarının Rusiyaya tətbiq etdiyi güclü sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Onun sözlərinə görə, enerji sahəsindəki məhdudiyyətlər Rusiyaya gündəlik 160 milyon avroya başa gəlir. “Bizim bu təzyiqimiz yeni tədbirlərlə daha da artacaq”, – o qeyd edib.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Aİ və G7 ölkələri Rusiyanın neft və neft məhsullarının qiyməti ilə bağlı yeni hədd müəyyənləşdirməyi planlaşdırır. “Bu genişmiqyaslı işğalın başlanmasının ildönümündə bizim onuncu sanksiyalar paketi də hazır olacaq”, – Ursula von der Leyen əlavə edib. O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəmək məcburiyyətində qalacaq və Ukraynanın yenidən qurulması üçün vəsait ayırmalı olacaq.

“Yəni, Rusiyanın vəsaitləri Ukraynanın xeyrinə istifadə olunacaq. Bunu necə edəcəyimizə biz qərar verəcəyik”, – Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya Baş naziri: Üç qeyri-nüvə prinsipinə sadiq qalacağıq

Aynur Camal

Qırğızıstan Prezidenti: Rusiya bazarı məhsullarımız üçün əsas istiqamətlərdən biridir

Aynur Camal

Alimlər Günəşin tarixdə ən detallı görüntülərini əldə etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu