Image default
Texnologiya

Voyager 1 Yer kürəsindən rekord məsafəyə uzaqlaşacaq

Bugun.tv xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) məlumatına görə, Voyager 1 avtomatik planetlərarası stansiyası bu ilin noyabrında Yer kürəsindən indiyədək qeydə alınmış ən uzaq məsafəyə çatacaq.

Məlumata əsasən, 18 noyabr tarixində kosmik aparat Yer kürəsindən 25,9 milyard kilometr uzaqlıqda olacaq. Bu məsafə işığın vakuumda bir sutka ərzində qət etdiyi yola – təxminən bir işıq gününə bərabərdir.

NASA bildirir ki, Voyager 1 bu göstəriciyə çatan ilk insan istehsalı kosmik obyekt olacaq. Hazırda Yer kürəsindən göndərilən siqnalın aparata çatması təxminən 23 saat vaxt aparır.

Qeyd edək ki, 2025-ci ilin mart ayında NASA enerji ehtiyatlarını qorumaq məqsədilə Voyager 1Voyager 2 stansiyalarındakı bəzi elmi cihazların mərhələli şəkildə söndürüldüyünü açıqlamışdı.

1977-ci ildə kosmosa göndərilən Voyager 1Voyager 2 Günəş sisteminin hüdudlarını tərk edən yeganə insan istehsalı kosmik aparatlardır. Hər iki stansiya elmi avadanlıqlarla yanaşı, gələcəkdə mümkün yadplanetli sivilizasiyalar tərəfindən tapılması üçün bəşəriyyət haqqında məlumatları əks etdirən xüsusi mesaj daşıyır.

Mənbə: Lenta.Ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada qəribə trend: Bəzi kişilər “daha kişi kimi görünmək” üçün iPhone-larını qəsdən sındırırlar

Aynur Camal

Rubin Rəsədxanası kainatı 10 il ərzində fasiləsiz müşahidə edəcək

Aynur Camal

Yeni elmi ekspedisiyaya: Buzlaqların əriməsinin iqlimə təsiri araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu