29.1 C
Baku
12 Avqust 2026, 23:36
Baş xəbər

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

İqtisadçı deputat Vüqar Bayramov Naxçıvanda sahibkarlar üçün tətbiq edilən vergi güzəştləri ilə bağlı açıqlama verib.

Bugun.tv xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib.

Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda qeyd etdiyi mühüm istiqamətlərdən biri Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid konsepsiya əsasında inkişaf etdirilməsidir.

Onun sözlərinə görə, vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, həm də iqtisadi inkişafın vahid strategiya əsasında dəstəklənməsini nəzərdə tutur.

Naxçıvan sahibkarları üçün hansı güzəştlər tətbiq olunur?

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın stimullaşdırılması məqsədilə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq olunan vergi güzəştləri artıq Naxçıvanda da qüvvədədir.

Vüqar Bayramovun sözlərinə görə, bu yanaşma sahibkarlara dəstək baxımından vahid siyasətin formalaşdırılması deməkdir.

Belə ki, Naxçıvanda fəaliyyət göstərən və istehsalla məşğul olan sahibkarlar növbəti 10 il ərzində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilirlər. Bununla yanaşı, müəyyən edilmiş siyahı üzrə texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların idxalına ƏDV güzəştləri tətbiq olunur.

Deputatın paylaşdığı məlumata əsasən, Naxçıvanda vergi uçotunda olan və istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər ödəməyəcəklər.

Vergi azadolmalarının rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərə də şamil edildiyi bildirilir.

Bundan əlavə olaraq, Naxçıvanda fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin də 10 il müddətində vergidən azad olunması nəzərdə tutulur.

ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən təsdiqedici sənəd əsasında siyahıya uyğun texnika, texnoloji avadanlıq, qurğu, eləcə də xammal və materialların idxalı da ƏDV-dən azad edilir.

“Sahibkarlığın inkişafına xüsusi dəstəkdir”

Vüqar Bayramov hesab edir ki, tətbiq edilən güzəştlər Naxçıvanda sahibkarlığın inkişafı üçün mühüm dəstəkdir.

Deputatın fikrincə, bu addımlar muxtar respublikanın maliyyə imkanlarının genişlənməsinə, yeni iqtisadi fəaliyyətlərin formalaşmasına və daxili mənbələr hesabına büdcə daxilolmalarının artmasına şərait yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu