Image default
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan ilə Almaniya arasında iqtisadi və enerji əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

Deputatın sosial media hesabındakı sözlərinə görə, Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya iqtisadiyyatının həcminə görə dünyada ilk üçlükdə yer alır. Nominal ümumi daxili məhsulu 5 trilyon dollardan çox olan Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatına malik ölkəsidir.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə müəyyən azalma olsa da, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 68 faiz artıb.

Deputat vurğulayıb ki, Avropa İttifaqı uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb, ümumi ixracın isə 69 faizi ittifaq ölkələrinə yönəlib.

Onun sözlərinə görə, Azərbaycanın illik 25,2 milyard kubmetr təbii qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir. Hazırda Azərbaycanın qaz ixrac etdiyi 10 Avropa İttifaqı ölkəsi ölkəmizin Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Son beş ildə Avropaya təxminən 60 milyard kubmetr təbii qaz ixrac olunub və Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ilk beş ölkə sırasında yer alır.

Vüqar Bayramov hesab edir ki, Azərbaycan ilə Almaniya arasında enerji və investisiya sahələrində əməkdaşlığın genişlənməsi ticarət əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq. Deputatın fikrincə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Neftin qiyməti 90 dolları keçdi: ABŞ-İran qarşıdurması enerji bazarını yenidən sarsıdır

Aynur Camal

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu