Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramını şərh edib.

Vüqar Bayramov sosial media hesabında bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə özəl sektorun istehsala daha yaxından cəlb edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Deputatın sözlərinə görə, Dövlət Proqramı çərçivəsində özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olacaq yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.

Bayramov qeyd edib ki, hazırda mədənçıxarma sənayesində 427 müəssisə fəaliyyət göstərir. Onlardan 406-sı özəl sektorun payına düşür, dövlətin isə bu sahədə 21 müəssisəsi var. Onun sözlərinə görə, son 5 ildə mədənçıxarma sahəsində fəaliyyət göstərən özəl müəssisələrin sayı 30 faiz artıb.

İqtisadçı deputat hesab edir ki, Dövlət Proqramının icrası dağ-mədən və metallurgiya sahəsinə daha çox özəl şirkətin cəlb olunmasına və istehsalın genişlənməsinə şərait yarada bilər.

Bayramovun paylaşımında qeyd olunub ki, yeni proqram nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır. Onun fikrincə, bu istiqamətdə həyata keçiriləcək layihələr iş adamları üçün yeni imkanlar yaradaraq özəl sektor hesabına əlavə iş yerlərinin açılmasına da şərait yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Vüqar Bayramov: Dağ-mədən sənayesində 5 mindən çox yeni iş yeri yaradılacaq

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu