Image default
Digər

WSJ: Tramp əməliyyat zamanı əsəb gərginliyinə görə qərargahdan uzaqlaşdırılıb

The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, Donald Tramp İran üzərində vurulan F-15 qırıcı təyyarəsinin pilotlarını xilas etmək üçün keçirilən əməliyyat zamanı emosional davranışları səbəbindən qərargahdan uzaqlaşdırılıb.

ABŞ rəsmilərinə istinadən bildirilir ki, 3 aprel tarixində təyyarənin vurulması və iki pilotun itkin düşməsi Trampın ciddi qəzəbinə səbəb olub. Məlumata görə, o, saatlarla köməkçilərinə qışqırıb və bu vəziyyətin əməliyyata mənfi təsir göstərə biləcəyi düşünülüb.

Hadisə zamanı bir pilot qısa müddətdə xilas edilsə də, ikinci pilot düşmən arxasında 24 saat qalıb. Bu müddətdə Ağ Evdə gərginlik pik həddə çatıb.Hadisə zamanı bir pilot qısa müddətdə xilas edilsə də, ikinci pilot düşmən arxasında 24 saat qalıb. Bu müddətdə Ağ Evdə gərginlik pik həddə çatıb.

Mənbələrin sözlərinə görə, ABŞ-ın vitse-prezidenti JD Vance və Ağ Evin aparat rəhbəri Susie Wiles əməliyyatı Situation Room vasitəsilə izləyib. Lakin Tramp bu prosesə birbaşa daxil edilməyib və yalnız kritik məqamlarda telefonla məlumatlandırılıb.

Məlumata əsasən, ikinci pilot CIA tərəfindən həyata keçirilən xüsusi kəşfiyyat və yayındırma əməliyyatı nəticəsində dağlıq ərazidə tapılıb. Bildirilir ki, İran qüvvələrini çaşdırmaq üçün pilotun artıq xilas edildiyi barədə saxta məlumatlar yayılıb.Əməliyyat uğurla başa çatdıqdan sonra Tramp Truth Social hesabında pilotu “cəsur döyüşçü” adlandırıb.

Bununla yanaşı, onun sosial mediada İranla bağlı sərt və təhqiramiz ifadələr işlətməsi beynəlxalq reaksiyalara səbəb olub. Paylaşımını dini ifadə ilə tamamlayan Trampın bu üslubu qəsdən seçdiyi iddia edilir.

Hadisədən sonra bəzi ABŞ qanunvericiləri Ağ Evdən prezidentin psixoloji vəziyyəti ilə bağlı məlumat tələb ediblər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu