Dünya

Xarici hərbi bazaların qarşısını almaq üçün təhlükəsizlik sazişi imzalandı

Avstraliya və Vanuatu arasında müdafiə və təhlükəsizlik sahəsində yeni saziş imzalanıb. Sənəd xarici dövlətlərin Vanuatu ərazisində hərbi baza yaratmasının qarşısını almağı və iki ölkə arasında strateji əməkdaşlığı gücləndirməyi nəzərdə tutur.

Bugun.tv xəbər verir ki, saziş Avstraliyanın Baş naziri Entoni Albanize və Vanuatunun Baş naziri Jotam Napat tərəfindən Kanberrada imzalanıb.

Razılaşmaya əsasən, Vanuatu başqa dövlətlərin ölkə ərazisində hərbi baza və ya təhlükəsizlik infrastrukturu yaratmasına icazə verməyəcək. Bunun müqabilində Avstraliya müdafiə, dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik, polis hazırlığı, fövqəladə hallara hazırlıq və iqtisadi inkişaf sahələrində Vanuatuya dəstəyini artıracaq.

Məlumata görə, saziş Sakit okean regionunda geosiyasi rəqabətin gücləndiyi bir dövrdə imzalanıb. Son illərdə Çinin bölgədə artan təsiri Avstraliya və onun müttəfiqlərinin narahatlığına səbəb olub. Yeni razılaşma Kanberranın regionda təhlükəsizlik tərəfdaşlıqlarını möhkəmləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Vanuatu hökuməti isə sənədin ölkənin suverenliyini qorumaqla yanaşı, təhlükəsizlik və iqtisadi inkişaf imkanlarını genişləndirəcəyini bildirib.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Aynur Camal

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu