25 C
Baku
27 İyul 2024, 7:10
Baş xəbərSosial

Xocalı, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün düşmüş əlillyi olan qadınlara seminar keçilib

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 1 saylı 1500 ailəlik Kəlbəcər köçkun şəhərciyinin Mədəniyyət evində Xocalı, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün düşmüş əlillyi olan qadın və qızlara seminar təşkil edilib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirilən seminarda məcburi köçkün əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə, zorakılığa dair onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Təlimçi İrada Rizazadə
Təlimçi İrada Rizazadə

Bu barədə birliyin sədri Məhluqə Rəhimova “Bu gün televiziyası”na müsahibəsində bildirib. Onun sözlərin görə ikigünlük seminar müddətində yerli icma üzvləri ilə görüş keçirilib və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə olunub. Seminarda əlilliyi olan şəxslər, onların yaxınları ilə yanaşı, Xocalı, Kəlbəcər, Laçın rayonlarında fəaliyyət göstərən müxtəlif sahələrdən icma nümayəndələri  də iştirak ediblər. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova seminarı açıq elan edərək,  layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. Seminar zamanı məcburi köçkün düşmüş qadınlara onların sosial hüquqları, cəmiyyətdə onlara münasibətin yaxşılığa doğru dəyişməsi, cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verilib. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülüb. Onların  qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib.

Gəncədə seminar keçirilib
Gəncədə seminar keçirilib

“Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Məcburi köçkün əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlərdən danışıldı və onların hüquqlarının təmini, icmalar tərəfindən bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çatdırıldı. Onların yaşadığı cəmiyyətdə müsbət nəticələrin əldə olunmasının vacibliyi müzakirə edildi. Qarşılıqlı birgə əməkdaşlığın əsas məqsədi əlilliyi olan qadınların qarşılaşdığı çətinliklər, onların gözləntiləri araşdırıldı. Həlli yolları müzakirə olundu. Seminarın sonunda iştirakçıların əlilliyi olan şəxslərlə əlaqədar bilik və bacarıqlarını yoxlamaq üçün yeni üslubda psixoloji testlər keçirildi”.

Məcburi köçkünlərə yardım edilib
Məcburi köçkünlərə yardım edilib

Seminar iştirakçılarına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən isti odyal və geçə lampaları hədiyyə edilib. Bununla yanaşı, seminarda iştirak edən əlilliyi olan qadın və qızların problemlərini nəzərə alaraq davamlı dəstək proqramlarının təşkili təklif olunub.

 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Sərbəst güləş yarışlarına yekun vurulub

Aynur Camal

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib

Bugün TV

Vinq Çun Federasiyasının üzvü Süleyman İsmayılov: “Bu idman növü bizə özünümüdafiə ilə yanaşı özünə güvən hissini də aşılayır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu