25 C
Baku
27 İyul 2024, 3:46
Digər

Yağışlı hava davam edəcək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bugun.tv-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Şoyqu: “Ukrayna qoşunlarının itkiləri 11 000 nəfəri ötüb”

Nigar Məmmədova

M.Mənsimov: “Xankəndi yolunda azərbaycanlıların etiraz aksiyası vətənpərvərlik nümunəsidir”

Nigar Məmmədova

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu