Çanta daşıma tərzi ilə yaş arasında əlaqə olduğu barədə sosial şəbəkələrdə yayılan iddia mütəxəssislər tərəfindən təkzib edilib. Travmatoloq-ortoped Dmitri Belyakov bildirib ki, çiyindən asılan çanta yalnız yaşlı qadınlara aid deyil və bu, sadəcə yayılmış bir mifdir.
Həkimin sözlərinə görə, çantanın bir çiyində daşınması və ya çiyindən asılması yaşla deyil, daha çox moda və şəxsi seçimlə bağlıdır. Müasir trendlərdə çantaların bir əldə və ya dirsəkdə daşınması daha çox yayılıb, halbuki sağlamlıq baxımından ən doğru seçim yükün bərabər paylandığı çantalardır.
Mütəxəssis xəbərdarlıq edir ki, ağır çantanın daim bir tərəfdə daşınması onurğada əyrilik, çiyinlərdə balanssızlıq və boyun ağrıları yarada bilər. Buna görə də sağlamlıq baxımından ən uyğun variantın iki qayışlı çanta və ya bel çantası olduğu qeyd olunur.
Həkim əlavə edib ki, bu vərdişin yaşla deyil, daha çox dəb və rahatlıq seçimləri ilə əlaqəsi var.
Mənbə: mail.ru
