DünyaSəhiyyə

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Bugun.tv xəbər verir ki, yapon alimləri uzun gəzintilərə alternativ hesab edilən yeni məşq kompleksi hazırlayıblar. Cəmi 10 dəqiqə davam edən və yerdə uzanaraq yerinə yetirilən bu hərəkətlərin bədənlə yanaşı sinir sisteminə də faydalı təsir göstərdiyi bildirilir.

Metodikanın müəllifi Tokio Kənd Təsərrüfatı və Texnologiya Universitetinin professoru Yoriko Atomi və onun həmkarlarıdır.

Mütəxəssislər qeyd edirlər ki, hərəkətlilik yalnız ürək və əzələlər üçün deyil, psixoloji vəziyyət üçün də vacibdir. Qısa gündəlik fiziki aktivlik belə stressi azaltmağa, diqqəti artırmağa və emosional sabitliyi qorumağa kömək edir.

Araşdırmaya görə, xüsusilə balans, nəfəsalma və bədənin idarə olunmasını əhatə edən məşqlər oturaq həyat tərzi keçirən insanlar üçün faydalıdır. Belə insanların bel və boyun nahiyəsində yaranan gərginlik sinir sistemini gizli stress vəziyyətində saxlayır.

Professor Atomiyə görə, bədənin əsas yükünü daşıyan gövdənin idarə olunması orqanizm üçün ən çətin vəzifələrdən biridir. Balansın yaxşılaşdırılması həm hərəkət keyfiyyətini, həm də ümumi sağlamlığı müsbət təsirləndirir.

Kompleks zahirən pilatesi xatırlatsa da, daha sadə və yüngül hesab olunur. Burada ağır fiziki yüklənmə, plank və ya intensiv hərəkətlər yoxdur. Əsas məqsəd gündəlik həyatda az işləyən dərin gövdə və ayaq əzələlərini aktivləşdirməkdir.

80 yaşdan yuxarı olan professor Atomi uzun illər diz və bel ağrılarından əziyyət çəkdiyini bildirib. O, məhz buna görə oynaqlara artıq yük salmadan bədəni gücləndirən üsul axtarmağa başlayıb. Hazırda bu məşqlər onun gündəlik səhər ritualının bir hissəsidir.

Tədqiqat zamanı alimlər iki həftə ərzində hər səhər bu məşqləri edən iştirakçıların elastiklik, koordinasiya və balans göstəricilərində ciddi yaxşılaşma müşahidə ediblər. Alimlər hesab edirlər ki, nəticə əsasən sinir sisteminin uyğunlaşması ilə bağlıdır və beyin əzələləri daha dəqiq idarə etməyə başlayır.

Kompleksə qarın əzələlərinin aktivləşdirilməsi, çanağın qaldırılması, ayaq və pəncə hərəkətləri, həmçinin ayaq barmaqları üçün xüsusi məşqlər daxildir.

Mütəxəssislər vurğulayırlar ki, bu cür sakit və yüngül fiziki aktivlik əlavə stress yaratmır və insanın həm bədəninə, həm də psixikasına müsbət təsir edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Alimlər hər gün fərqli saatda oyanmağın niyə təhlükəli olduğunu açıqlayıblar

Aynur Camal

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu