Alimlər uzaqdan idarə olunan yarı robot mətbəx böcəkləri yaradıblar. Onlar gələcəkdə axtarış-xilasetmə missiyalarında istifadə edilmək üçün hazırlanır.
Araşdırmada elm adamları bu həşəratın gələcəkdə çətin ərazi şəraitində axtarış və xilasetmə missiyalarında çox yaxşı iş görə biləcəyini deyirlər. Onlar uzaqdan idarə olunur. Böcəklər quraşdırılan kompüterlərlə sürü halında hədəfə doğru hərəkət edə bilirlər.
İdarəedici qrup mətbəx böcəklərinin hiss orqanlarına yerləşdirilən elektrodlar vasitəsilə onlara əmr verirlər. Elektrodlar sol və ya sağ nahiyəyə cərəyan vurduqda, həşəratlar həmin istiqamətə çevrilirlər. Böcəklərin hansı istiqamətə hərəkət edəcəyini kompüter müəyyən etsə də, özlərinin maneələr üzərindən keçmək, dırmaşmaq qabiliyyətləri var.
Bugun.tv -nin əldə etdiyi məlumata görə, tədqiqatçılar deyirlər ki, yarı robot həşəratlar sürüləri böyük ərazilərin tədqiqi, ətraf mühitin ölçülməsi və ya təbii fəlakətdən sonra dağıntılar altında qalan insanların axtarışı üçün idealdı.