Dünya

Yaşayış binasında yanğın: 8 nəfər ölüb, 7 nəfər yaralandı

Rusiyanın paytaxtı Moskvada qeyri-qanuni mühacirlərin yaşadığı binada elektrik qızdırıcısının alışması nəticəsində yanğın baş verib. Yanğın zamanı 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Rusiyada 2 mərtəbəli binada baş verən yanğın fəlakətlə nəticələnib.

Paytaxt Moskvaya bağlı İstra qəsəbəsində səhər saatlarında bir binada elektrik qızdırıcısının alışması nəticəsində baş verən yanğında 8 nəfər həyatını itirib.

Binanın taxta olması səbəbindən sürətlə yayılan yanğında içəridə olan 15 nəfərdən 7-si xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin qruplarının müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb.

Moskva Vilayət Prokurorluğundan verilən açıqlamaya görə, yanğından sonra aparılan ilk araşdırmalarda binanın yataqxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Açıqlamada tüstü detektorunun olmadığı binada xarici qeyri-qanuni mühacirlərin yaşadığı bildirilib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlasa da, prokurorluq mühacirlərin şəxsiyyətinin müəyyən edilməsi üçün işlərə başlanıldığını bildirib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Britaniya Rusiya səfirini Nazirliyinə çağırdı

Kəmalə Sultan

Nvidia dünyanın ən dəyərli şirkəti oldu

Teymur Əziz

2034-cü ilə qədər İsrail Fələstinlə diplomatik əlaqələr qura bilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu