Sosial

Yaxınların arasında niyə özünü tənha hiss edirik? Psixoloq səbəbi açıqladı

İnsan bəzən ailə və yaxın çevrəsinin içində olsa belə, özünü tənha və emosional baxımdan boşluqda hiss edə bilər. Mütəxəssislərin fikrincə, bu vəziyyətin əsas səbəbi daxili psixoloji maneələr və hisslərin açıq ifadə olunmamasıdır.

Bugun.tv– xəbər verir ki, psixoloq Yuliya Koroleva bildirir ki, bu hissin kökündə çox vaxt insanın zəif görünməkdən çəkinməsi dayanır. Bir çox insanlar çətinlik yaşadıqlarını və ya köməyə ehtiyac duyduqlarını dilə gətirməkdən qorxur.

Onun sözlərinə görə, “kömək istəmək və ya özünü pis hiss etdiyini demək”dən çəkinmək emosional boşluğa gətirib çıxara bilər. Nəticədə insan ətrafında insanlar olsa belə, özünü tək hiss edir.

Mütəxəssis vurğulayır ki, vəziyyət o zaman daha da çətinləşir ki, insan başqalarının onun vəziyyətini sözsüz anlamasını gözləyir. Halbuki psixoloji ehtiyacların açıq şəkildə ifadə edilməsi münasibətləri daha sağlam edir və daxili tənhalığı azaldır.

Bu nəticəyə gəlinib ki, yaxın çevrədə tənha hiss etməyin əsas səbəbi çox vaxt ünsiyyətin zəifliyi və emosional ehtiyacların gizlədilməsidir. Bu halın aradan qalxması üçün hissləri açıq ifadə etmək və kömək istəməkdən çəkinməmək tövsiyə olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Niyə yulaf sıyığı yemək vacibdir? Mütəxəssislərin fikri

Aynur Camal

Somnoloqlar təyyarədə yatmaq üçün ən yaxşı pozanı açıqladılar

Aynur Camal

“Bakı İƏT Parlament İttifaqının 20-ci sessiyasına ev sahibliyi edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu