Alzheimer xəstəliyi, qan-beyin baryeri, beyin araşdırması, APOA1 zülalı, sinir hüceyrələri, qaraciyər zülalları, tibb elmi, yeni müalicə üsulları
Dünya

Yeni preparat Alzheimer xəstəliyinin irəliləməsini 31 faiz yavaşlada bilər

Alzheimer xəstəliyinin müalicəsi istiqamətində aparılan araşdırmada yeni preparatla bağlı ümidverici nəticələr əldə edilib. AR1001 adlı dərman vasitəsinin xəstəliyin erkən mərhələsində olan bəzi pasiyentlərdə yaddaş və düşünmə qabiliyyətinin zəifləməsini yavaşlatdığı müəyyənləşdirilib.

Bugun.tv xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, 13 ölkədə keçirilən və III mərhələ klinik sınaqlarını əhatə edən araşdırmada preparatın təsiri öyrənilib. Sınağın digər Alzheimer dərmanlarını qəbul etməyən 604 iştirakçısının nəticələri təhlil edilərkən, AR1001-in bir il ərzində klinik geriləməni plasebo ilə müqayisədə 31 faiz yavaşlatdığı bildirilib.

Preparatın ümumi iştirakçı qrupu üzrə nəticələri isə daha fərqli olub. Digər müalicə vasitələrini də qəbul edən şəxslərin daxil olduğu 1 535 nəfərlik qrupda nəticə müsbət istiqamətdə olsa da, statistik baxımdan əhəmiyyətli hesab edilməyib.

Preparat hələ istifadəyə hazır deyil

AR1001 qan damarlarının genişlənməsinə və beyinə qan axınının yaxşılaşmasına təsir göstərə bilən maddələr qrupuna daxildir. Təsir mexanizminə görə, erektil disfunksiyanın müalicəsində istifadə olunan “Viagra” dərmanının aid olduğu sinfə bənzəyir. Lakin AR1001 məhz Alzheimer xəstəliyinin müalicəsi üçün hazırlanır.

Tədqiqatçılar nəticələri ümidverici qiymətləndirsələr də, əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Preparat hələ geniş ictimaiyyət üçün əlçatan deyil və istifadəyə verilməsi üçün elmi qiymətləndirmədən, eləcə də müvafiq tənzimləyici qurumların təsdiqindən keçməlidir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu nəticələr “Viagra”nın Alzheimer xəstəliyinin müalicəsində istifadə oluna biləcəyi anlamına gəlmir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Tramp və Putin 2025-ci ilin avqustundan sonra ilk dəfə əl sıxdılar

Aynur Camal

Sərnişinlərin 77 faizi hava limanlarından müsbət təəssüratla ayrılır

Aynur Camal

Avropa İttifaqı Ukraynaya 45 milyard avroluq yeni kredit ayırmağı təklif edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu