"Yer kürəsi orbit sürəti", "Günəş ətrafında hərəkət", "planetimiz sürəti", "kosmos elmi faktlar", "Earth orbital speed"
Texnologiya

Yer kürəsinin “eşidilməyən səsləri” dinlənilib

Bugun.tv xəbər verir ki, yeni texnologiyalar sayəsində alimlər artıq insan qulağının eşidə bilmədiyi Yer səslərini qeydə almağa nail olublar.

“The Washington Post”un yaydığı məlumata görə, tədqiqatçılar xüsusi cihazlar vasitəsilə infrasəs adlanan çox aşağı tezlikli dalğaları qeydə alırlar. Bu səslər vulkanlar, buzlaqlar, okean dalğaları və hətta böyük fırtınalar tərəfindən yaranır.

Araşdırma ilə məşğul olan alimlər bildiriblər ki, Yer kürəsi milyon illərdir müxtəlif tezliklərdə “səslər çıxarır”, lakin insanlar onları eşidə bilmirdi. Yeni mikrobarometr texnologiyası isə bu siqnalları aşkar etməyə imkan verir.

Mütəxəssislərin sözlərinə görə, həmin səslər vasitəsilə iqlim dəyişiklikləri, təbii fəlakətlər və ətraf mühitdə baş verən proseslər daha dəqiq izlənilə bilər.

Araşdırmada maraqlı məqamlardan biri də bəzi heyvanların — məsələn, fillərin, yarasaların və hətta hörümçəklərin bu tezlikləri hiss edə bilməsi olub.

Mənbə: Washington Post

Aynur Camal

Oxşar xəbərlər

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Aynur Camal

Brüssel iri şirkətlərə yeni vergi tətbiqini nəzərdən keçirir

Aynur Camal

Alimlər kosmosda həyat izlərini aşkar etməyə kömək edəcək yeni üsul hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu