Baş xəbərDünya

Yerdən təxminən bir milyard işıq ili uzaqda! Yeni spiral qalaktika kütləvi məhvə səbəb ola bilər

Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda yerləşən yeni spiral qalaktika kəşf edilib. Astronomlar sözügedən qalaktikanın həyatı tamamilə məhv edəcək qədər güclü radio reaktivləri yaydığını qiymətləndiriblər. Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda yeni spiral qalaktika kəşf edilib.

Qalaktikaya “2MASX J23453268−0449256” adı verilib.

Astronomlar bu qalaktikanın mərkəzində Günəşin kütləsindən milyardlarla dəfə böyük olan superkütləli qara dəliyin olduğunu bildiriblər.

Bu qara dəliyin 6 milyon işıq ili uzunluğunda radio reaktivləri yaydığına diqqət çəkən astronomlar, bu radio reaktivlərinin qalaktikadakı həyatı tamamilə məhv edəcək qədər güclü olduğunu qiymətləndiriblər.

Astronomlar belə güclü radio reaktivlərinin adətən elliptik qalaktikalarda müşahidə edildiyini və onların spiral qalaktikada aşkar edilməsinin “qeyri-adi” olduğunu bildiriblər.

Astronomlar, bu gücə malik olan radio reaktivlərinin spiral qalaktikanı parçalayacağını gözlədiklərini ifadə ediblər. Həmçinin bu qalaktikanın varlığını davam etdirməsinin diqqətəlayiq olduğunu da qeyd ediblər.

Astronomlar qeyd ediblər ki, bu radio reaktivləri Günəş sisteminə doğru yönəlsəydilər, planetlərin atmosferini məhv edə və kütləvi məhvə səbəb ola bilərdilər.

Astronomlar yeni kəşf edilən bu qalaktikada Süd Yolu qalaktikasından 10 dəfə çox qaranlıq maddənin olduğunu bildiriblər.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Diqqət! Bu dənizdə zəhərli meduzalar var! – ARAŞDIRMA – FOTO

Teymur Əziz

Meşə yanğını baş verdi

Bugün TV

Kran suyu ilə qarışan mikrob: Onlarla insan xəstəxanaya qaçdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu