Bugun.tv xəbər verir ki, Kütahyanın Tavşanlı rayonunda işçiləri daşıyan iki avtobus toqquşub. Qəzada 11 nəfər yaralanıb.
Hadisə Tavşanlı-Kütahya yolunun 3-cü kilometrliyində eyni istiqamətdə baş verib.
Qəza yerinə təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.
Yaralılar Mustafa Kalemli Dövlət Xəstəxanasına aparılıblar.
Mənbə: TRT Haber