26 C
Baku
27 Sentyabr 2026, 16:04
qəsdən törədilən qəza
Baş xəbərDünya

YouTuber baxış sayına görə qəsdən qəza yaratdığını etiraf edib

Bugun.tv xəbər verir ki, baxış sayını artırmaq üçün təyyarəni qəsdən vuran YouTuber qəza yerini də  təmizləyib.

29 yaşlı Trevor Jacob (Ceykob) təyyarə qəzasının videosunu 2021-ci ilin dekabrında YouTube-da yerləşdirərək bunun qəza olduğunu deyib. Onun yerləşdirdiyi video bu günə kimi 3 milyona yaxın baxış toplayıb.

2021-ci ilin noyabrında Ceykob təyyarəsinə quraşdırılmış kameralarla Kaliforniyanın Santa Barbara hava limanından tək başına uçub. Cənab Ceykob kameralardan başqa özü ilə paraşüt və selfi çubuğu da götürüb. Təyyarəni havaya qalxdıqdan 35 dəqiqə sonra Los Padres Milli Meşəsində qəsdən qəzaya uğradıb.

O 20 ilə qədər həbs cəzası ala bilər. Çünki, ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Prokurorluğu onun həmçinin federal təhqiqata mane olmaqda təqsirli bilir.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

27 Sentyabr – Anım Günü qeyd olunur

Aynur Camal

Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu