Image default
Dünyaİdman

“Yuventus” – “Milan” yoldaşlıq görüşü heç-heçə ilə başa çatdı

İtaliyanın iki klubunun – “Yuventus” və “Milan”ın iştirak etdiyi yoldaşlıq oyunu başa çatıb.

Bugun.tv xəbər verir ki, matç ABŞ-da, Karson şəhərindəki “Dignity Health Sports Park” stadionunda 2:2 hesabı ilə yekunlaşıb.

Bu görüşdə ilk qolu Malik Tşau vurub. O, oyunun 23-cü dəqiqəsində fərqlənib. Ona Teo Hernandes kömək etdi. On dəqiqə sonra braziliyalı müdafiəçi Danilo hesabı bərabərləşdirib. Altı dəqiqə sonra Olivye Jiru “Milan”ı yenidən hesabda önə keçirdi. 48-ci dəqiqədə Daniel Ruqani hesabı bərabərləşdirdi. Ona ötürməni Federiko Kyeza verdi. Bundan sonra yaşıl meydanda daha qol  görünmədi.

Xatırladaq ki,  “Milan” növbəti yoldaşlıq oyununu avqustun 2-də “Barselona” ilə, “Yuventus” isə “Real”la keçirəcək.

Bugün TV

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu