Alqı-satqı məsələlərində sıx yaşanan problemlərdən biri də zəmanət talonu ilə bağlıdır. Bir qayda olaraq, razılaşma əsasında satıcı tərəfindən istehakçıya zəmanət talonu təqdim edilir. Burada şərtləri qeyd olunur və alıcıya bildirilir ki, məhsulla bağlı problem yarandıqda ödənişsiz şəkildə təmir edilir yaxud ödənilən məbləğ geri qaytarılır. Lakin buna baxmayaraq bu cür hallar yaşadıqda alıcı və satıcı arasında narazılıqlar olur. Bu cür halla qarşılaşdıqda vətəndaşlar nə etməlidir?
Bugun.tv olaraq mövzunu araşdırmaq qərarına gəldik.
Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, zəmanət talonu satılan məhsulda qüsur aşkarlandığı halda onun istehsalçı tərəfindən təmir olunacağına zəmanət verən sənəddir. Bu sənəddə məhsuldan təyinatına görə istifadə qaydaları, eləcə də alıcının hansı hallarda məhsulunun təmirini, yaxud çəkdiyi xərcin geri ödənilməsini tələb edə biləcəyi qeyd olunur.
“İstehlakçıların Hüquqlarının Müdafiəsi” haqqında qanunun 7-ci maddəsinə, əsasən qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulub. Bu maddəyə, əsasən alıcı həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsi, əgər malda qüsur varsa, həmin qüsurun satıcının və ya istehlakçının hesabına təmir edilməsi və ya aradan qaldırılması, həmçinin müqavilənin ləğv olunması kimi hüquqları nəzərdə tutulub. Əgər zəmanət talonunda malın hansı hallarda istehsalkçı və ya satıcı tərəfindən təmir olunması, həmin qüsurun aradan qaldırılması müəyyən olunubsa istehlakçının borcudur ki, bununla bağlı onlara rəsmi müraciət etsin və qanunvericilikdə nəzərdə tutulmuş müddət, yəni 14 gün ərzində (əgər belə bir müddət yoxdursa tərəflərin razılaşması əsasında) həmin qüsur aradan qaldırılsın”.
Beləliklə də, satıcı qeyd şərtsiz istehlakçıdan lazımi keyfiyyətdə olmayan malı geri götürməyə və onun tələblərini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi həmin məhsulun eynisi olduqda dərhal yerinə yetirilməli, əks halda ərizənin verildiyi vaxtdan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.
“Əgər əsassız olaraq alıcıya imtina verilərsə malın qüsurunun aradan qaldırılması ilə bağlı bu halda müvafiq olaraq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya müqavilə şərtlərinin pozulmasına görə məhkəməyə müraciət edə bilər. Bu şərtlər adətən əvvəlcədən hazırlanmış olur və standart şərtlərə əsaslanır. Burda müəyyən edilir ki, hansı hallarda həmin malın qüsurunun aradan qaldırılması istehsalçının və ya satıcının üzərindədir. Yox, əgər bu zavod qüsurlu olarsa və yaxud da işlətdikdən sonra malın nasazlığı səbəbindən sıradan çıxarsa, bu halda onu dəyişdirməyə həmin qüsuru aradan qaldırmğa borcludular”.
Zəmanət talonunun etibarlılıq müddəti həmin müvafiq sənəddə qeyd olunur. Bu müddət istehsalçı və ya şirkət tərəfindən müəyyən olunur. Tərəflə həmin sənədi imzalamaqla həmin müddət ərzində malın qüsurunun aradan qaldırılması, dəyişdiirlməsi və.s hallarla bağlı artıq razılaşma əldə edirlər.
Qeyd edək ki, zəmanət təmirinin müddəti məhsulun hazırlandığı gündən hesablanır.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri