14 C
Baku
28 Mart 2024, 21:04
Siyasət

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb

Bugün.tv xəbər verir ki, Əfqanıstanın şərqində baş verən ölümcül zəlzələ nəticəsində 1000-dən çox adam ölüb, 1600-ə yaxın insan yaralanıb.

Rəsmilər əyalətin Qayan və Barmal rayonlarında xilasetmə əməliyyatlarının hələ də davam etdiyi üçün ölənlərin sayı arta bilər.

İndiyədək Xost vilayətində azı 29 nəfər ölüb, 95 nəfər yaralanıb, bununla da ölkədə ölənlərin ümumi sayı 1029-a, yaralananların sayı isə 1595-ə çatıb.

Ötən gecə baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində yüzlərlə evin dağıldığı ölkənin ən çox zərər çəkmiş əyalətləri Paktika və Xostdur.

Əfqanıstanda zəlzələƏfqanıstanda zəlzələ

Daha əvvəl təbii fəlakətlərin idarə olunması üzrə dövlət nazirinin müavini Maulvi Şərafuddin Müslim bildirib ki, təkcə Giani rayonunda ən azı 218 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Yeraltı təkanlar ötən gecə şərq sərhəd əyalətləri olan Xost və Paktikanı silkələyib, bölgələrdə böyük dağıntılara səbəb olub.

Əfqanıstanın cənub-şərqində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 920 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ ölkənin Pakistanla sərhədinə yaxın olan Xost şəhərindən təxminən 27 mil (44 km) aralıda və 31,6 mil (51 km) dərinlikdə olub.

Əfqanıstanın fövqəladə hallar rəsmisi bildirib ki, azı 920 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

Yeraltı təkanlar ötən gecə şərq sərhəd əyalətləri olan Xost və Paktikanı silkələyib, bölgələrdə böyük dağıntılara səbəb olub.Əfqanıstanın cənub-şərqində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 920 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmisi Salahuddin Ayubi, “Bəzi kəndlər dağların ucqar ərazilərində olduğu üçün ölənlərin sayı arta bilər və təfərrüatların toplanması bir qədər vaxt aparacaq” dedi.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) tvitində bildirib ki, təkanlar Pakistan, Əfqanıstan və Hindistanda təxminən 119 milyon insan tərəfindən 310 mil (500 km) məsafədə hiss edilib.

Pakistanda tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər yaralanıb. Bu barədə hökumət rəsmisi bildirib.

Əvvəlki məlumatlarda 50 nəfərin öldüyü, 65 nəfərin yaralandığı bildirilirdi.

Əfqanıstanın TOLOnews televiziyası bildirib ki, ötən gecə zəlzələ baş verib və bir neçə yaşayış binası dağılıb.

Yerli hakimiyyət bölgədə xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Bugün TV

Oxşar xəbərlər

Prezident İlham Əliyev Türkmənistan Milli Məclisi Xalq Şurası Palatasının sədri ilə görüşüb

Bugün TV

“Rusiya Hondurasla münasibətləri inkişaf etdirəcək”

Nigar Məmmədova

Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu