20 C
Baku
28 İyun 2025, 3:59
Baş xəbərİdman

2023-cü ilin Cıdır mövsümü açıq elan edildi – FOTO

Bugun.tv-nin verdiyi xəbərə görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 2023-cü ilin Cıdır mövsümünün açılışı olub.

Bu gün başlayan mövsüm noyabr ayınındək davam edəcək. Ümumilkdə 14 Cıdır günü ərzində 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında keçiriləcək 41 qaçışın ümumi mükafat fondu 100.000 manat təşkil edir. Mövsüm ərzində hər 3 cins üzrə 100 – dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaqdır.

Mövsümün ilk günündə 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 3 yaş və yuxarı İngilis atları 1400 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1400 metr məsafədə güclərini sınayıblar.

Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda 1000 metr məsafədə birinci yeri “Barbara” ləqəbli at qazanıb. İkinci cıdırda 1400 metr məsafəyə yarışda “Nazlıcan” ləqəbli at və üçüncü cıdırda Qarabağ və Dilbaz atlarının 1400 metr məsafəyə yarışında isə “Bar Bar” ləqəbli at qalib gəlib.

Aynur Camal

Oxşar xəbərlər

İpək Yolunun Davamçıları – Prezident İlham Əliyevin Pekin Səfərinin Geosiyasi və İqtisadi Təsirləri

Aynur Camal

“Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər” layihəsi öz icrasına davam edir

Aynur Camal

CinemaPlus-da “Napoleon” filminin premyeradan öncə nümayişi keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu