25 C
Baku
27 İyul 2024, 4:15
Baş xəbərMədəniyyət

“Silahın mistik gözəlliyi”-FOTO

Bugün.tv xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrə aid silahsazlıq, metallaşma kimi tarixi sənət nümunələrini dünyada yeni nəsillərə ötürmək məqsədilə “Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Kataloqun müəllifi Səbuhi Əhmədov

“Sözügedən kataloq 300-dən artıq fotoşəkillərlə zənginləşdirilib. Azərbaycan Mədəniyyəti tarix boyu müxtəlif sahələrdə öz peşəkar ustalarının işləri ilə dünyada öz sözünü deyib.Buna nümunə olaraq muzeyin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahları göstərmək olar. Bu tarixi silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. Bu əsərlər bu gün gənclərimizə eksponatlardan səslənib onlara vətənpərvərlik ruhunu aşılayır, əsrlər boyu Azərbaycan ustalarının bacarıqlarını nümayiş etdirir.

Nəfis tərtibatda çap edilən kataloqda məqsəd yüksək zövqlə hazırlanmış XVI-XIX əsr şanlı hərb tarixini əks etdirən Azərbaycan silahlarının mistik gözəlliklərini növbəti nəsillərə ötürməkdir”- deyə çıxışında kataloqun müəllifi, muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, dosent Səbuhi Əhmədov məlumat verib.

Mədəniyyət naziri Anar Kərimov

Eyni zamanda Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44-günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Azərbaycanın hərb tarixi, xalqımızın hərb işi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artmasını vurğulayıb.

 “Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir. Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var”- deyə nazir bildirib.

Kataloqun tərtibatda köməklik edənlərə, maddi dəstək olan şəxslərə təşəkkürnamə təqdim olunub.

Təqdimatın rəsmi və bədii hissələri muzeyin “Şərq” zalında keçirilib. Bədii hissəsində Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında hərbi-vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri ifa edilib.

Sonda qonaqlar muzeydə nümayiş olunan “Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarına kataloq təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Kərkükdə hadisələr baş verdi! Komendant saatı elan edildi

Kəmalə Sultan

Əli Əsədovun baş nazir təyin edildi

Bugün TV

Bu həftə sonu Rivada üzmək qadağandır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu