Baş xəbərHadisə

6,2 bal gücündə zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki, Yaponiyanın şimal bölgəsi olan Hokkaydo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, seysmoloji hadisə Hokkaydo adasının Urakava sahillərində baş verib. 140 kilometr dərinlikdə olan zəlzələdən sonra bölgəyə nəhəng dalğa xəbərdarlığı edilməyib. Zəlzələ bütün Hokkaydo və Aomori, İvate və Miyaqi əyalətlərində hiss olunub.

Hokkaydo Elektrik Enerjisi (HEPCO) əyalətdəki Tomari Atom Elektrik Stansiyasında heç bir anomal halın qeydə alınmadığı bildirib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Aynur Camal

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Aynur Camal

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu