Baş xəbərSiyasət

Deputat Hicran Hüseynova görüş keçirdi – FOTO

Bugun.tv -yə daxil olan məlumata əsasən, 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüş keçirib.

Görüş zamanı vətəndaşların müraciətlərini diqqətlə dinlənilib, onların qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Müraciətlər əsasən ailə-məişət problemləri, məşğulluq, əmək təqaüdləri və sosial məsələlərələ bağlı idi.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edildi. Digər məsələlərlə bağlı isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına sorğular ünvanlanıb.

“Qarşıya qoyduğumuz əsas məqsəd vətəndaşlarımızın rifahına xidmət etməkdir. Seçicilərimizlə bu cür görüşlər mütəmadi olaraq davam etdiriləcək” deyə deputat əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

“Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər”

Aynur Camal

“Qurban bayramı birlik, mərhəmət və paylaşma ənənəsinin təcəssümüdür”

Aynur Camal

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu