Bugun.tv -yə daxil olan məlumata əsasən, 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüş keçirib.
Görüş zamanı vətəndaşların müraciətlərini diqqətlə dinlənilib, onların qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Müraciətlər əsasən ailə-məişət problemləri, məşğulluq, əmək təqaüdləri və sosial məsələlərələ bağlı idi.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edildi. Digər məsələlərlə bağlı isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına sorğular ünvanlanıb.
“Qarşıya qoyduğumuz əsas məqsəd vətəndaşlarımızın rifahına xidmət etməkdir. Seçicilərimizlə bu cür görüşlər mütəmadi olaraq davam etdiriləcək” deyə deputat əlavə edib.