Sosial şəbəkələrdə yeni trend yayılıb – hər saat cəmi 10 dəfə squat etmək. İlk baxışda sadə görünən bu vərdiş əslində sağlamlıq üçün gözləniləndən daha faydalı ola bilər.
Oturaq həyat tərzi niyə təhlükəlidir?
Uzun müddət hərəkətsiz qalmaq:
- qan dövranını zəiflədir
- maddələr mübadiləsini yavaşladır
- qanda şəkərin yağ kimi yığılmasına səbəb olur
- çəki artımı, əzələ zəifləməsi və bel problemləri yaradır
- Tip 2 diabet və ürək-damar xəstəlikləri riskini artırır
Araşdırma nə göstərir?
Alimlər iki qrup üzərində aparılan tədqiqatda maraqlı nəticə əldə ediblər:
- Bir qrup gün ərzində bir dəfə 30 dəqiqə gəzir
- Digər qrup isə hər 45 dəqiqədən bir 10 squat edir
Nəticədə məlum olub ki, qısa, amma tez-tez hərəkət fasilələri daha effektivdir. Bu, xüsusilə yeməkdən sonra qanda şəkərin kəskin artmasının qarşısını almaqda daha faydalıdır.
Niyə squat daha təsirlidir?
Squat zamanı bud və oma əzələləri aktiv işləyir. Bu isə:
- qlükozanın əzələlər tərəfindən istifadə olunmasını artırır
- yağ yığılmasının qarşısını alır
- metabolizmi gün boyu aktiv saxlayır
Əsas nəticə
Hətta hər gün idman zalına getsəniz belə, uzun saatlar oturmaq sağlamlıq üçün ayrıca risk faktorudur. Yəni “bir dəfə idman etdim, kifayətdir” yanaşması düzgün deyil.
Sadə qayda:
- Hər saat 5–10 dəqiqə hərəkət edin
- Minimum 10 squat edin
Bu kiçik vərdiş gün ərzində sağlamlığınızı qorumağa ciddi kömək edə bilər.
Mənbə: mail.ru
