DünyaSiyasət

Nikol Paşinyan 9 May Qələbə Paradına qatılmayacaq — səbəb seçki kampaniyasıdır

Nikol Paşinyan bildirib ki, 9 May Qələbə Günü münasibətilə Rusiyanın paytaxtı Moskvada keçiriləcək paradda iştirak etməyəcək.

Bugun.tv– xəbər verir ki, buna səbəb kimi ölkəsində yaxınlaşan parlament seçkiləri göstərilib.

Paşinyan açıqlamasında qeyd edib ki, aprel ayında Rusiyaya səfəri zamanı Vladimir Putinə seçki kampaniyası səbəbindən 9 May tədbirlərinə qatıla bilməyəcəyini əvvəlcədən bildirib.

Ermənistan parlament seçkilərinin 7 iyun tarixində keçirilməsi planlaşdırılır.

Bildirilir ki, Paşinyan ötən il Qələbənin 80 illiyi münasibətilə Moskvada keçirilən tədbirlərdə iştirak etmişdi.

Məlumata görə, 9 May tədbirlərinə bir sıra xarici liderlərin qatılması gözlənilir. Onların arasında Robert Fico, Alexander Lukashenko və Sultan İbrahim da var.

Kreml sözçüsü Dmitri Peskov isə bildirib ki, qonaqların tam siyahısı bayrama yaxın açıqlanacaq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu