30–40 yaş aralığında bir çox insan baş ağrıları, xroniki yorğunluq, narahatlıq və yuxusuzluq kimi problemlərlə qarşılaşır. Nevroloq Dmitri Makarovun sözlərinə görə, bu simptomlar əksər hallarda həyat tərzi və uzunmüddətli stresslə əlaqəli olur.
Həkim bildirib ki, baş ağrıları əsasən kompüter qarşısında uzun müddət işləməkdən yaranır. Miqreni isə stress, yuxusuzluq və susuzluq daha da gücləndirir. Xroniki yorğunluq da məhz bu yaş dövründə daha çox müşahidə olunur və adi istirahətlə aradan qalxmır.
Mütəxəssisin sözlərinə görə, iş və ailə məsuliyyətinin artması, həmçinin maliyyə problemləri insanlarda narahatlıq hissini artırır. Yuxusuzluq isə telefon, kompüter, kofein və davamlı informasiya axını səbəbindən daha da ağırlaşır. Bu vəziyyət nəticəsində insan “qapalı dairə”yə düşür — yuxusuzluq narahatlığı və ağrıları artırır, onlar da öz növbəsində yuxuya mane olur.
Nevroloq bəzi təhlükəli əlamətlər zamanı dərhal həkimə müraciət etməyi tövsiyə edib. Bunlara qəfil və çox güclü baş ağrısı, əl və ayaqlarda keyimə, üzün əyilməsi, nitq pozuntusu, huşun itməsi, yaddaş zəifləməsi, koordinasiya problemləri və titrəmə daxildir. Həkimin sözlərinə görə, bunlar insult və digər ciddi xəstəliklərin əlaməti ola bilər.
Mənbə: Life.ru
