Səhiyyə

Həkim: Əzələ kütləsinin azlığı siqaretdən daha təhlükəli ola bilər

Bugun.tv xəbər verir ki, həkim Xose Ernandes Poveda əzələ kütləsinin azlığının insan sağlamlığı üçün ciddi risk yaratdığını bildirib.

ABC nəşrinə danışan mütəxəssisin sözlərinə görə, zəif əzələlərə malik insanlarda ölüm riski fiziki hazırlıqlı şəxslərlə müqayisədə 250 faiz daha yüksəkdir. O qeyd edib ki, bu göstərici hətta siqaret çəkmə ilə əlaqəli risklərdən də artıq ola bilər.

Poveda vurğulayıb ki, yaşlı insanların oturduqları yerdən qalxmaqda və ya gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkməsinin əsas səbəbi yaş deyil, əzələ kütləsinin azalmasıdır.

Ekspertin fikrincə, əzələlər qanda qlükozanın tənzimlənməsində, insulinə həssaslığın artırılmasında, sümüklərin qorunmasında və hormonal balansın saxlanılmasında mühüm rol oynayır. Bundan əlavə, xəstəlik zamanı bərpanı sürətləndirmək üçün orqanizmə lazım olan amin turşularının əsas ehtiyat mənbələrindən biri hesab olunur.

Mütəxəssis sağlam həyat üçün müntəzəm fiziki fəaliyyətin və əzələ gücünün qorunmasının vacibliyini xüsusi vurğulayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər baş ağrısına səbəb olan hava şəraitini müəyyən ediblər

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Hansı ərzaqları xilas etmək olar, hansıları isə dərhal atmaq lazımdır?

Aynur Camal

Dietoloq orta yaşlı qadınlara iki məhsulu qidalanmaya əlavə etməyi tövsiyə edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu