Səhiyyə

Alimlər demensiyadan ölüm riskini azaldan məhsulu açıqlayıblar

Bugun.tv xəbər verir ki, alimlər gündəlik qidalanmada zeytun yağından istifadə edən insanların demensiyadan ölüm riskinin daha aşağı olduğunu müəyyən ediblər.

Araşdırmaya görə, qidalanma rasionunda müntəzəm olaraq zeytun yağına yer verən şəxslərdə demensiyadan ölüm riski təxminən 28 faiz azalır. Mütəxəssislər bildirirlər ki, zeytun yağının tərkibində olan antioksidantlar və faydalı yağ turşuları beyin hüceyrələrinin qorunmasına kömək edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, sağlam qidalanma, fiziki aktivlik və zeytun yağının müntəzəm istifadəsi yaşla bağlı koqnitiv zəifləmənin qarşısının alınmasına dəstək verə bilər.

Mütəxəssislər demensiyanın qarşısının alınması üçün balanslı qidalanmanın vacibliyini bir daha vurğulayıblar.

Mənbə: Gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

45 yaşında ağıl dişi çıxması təhlükəlidirmi? – Stomatoloqlardan izah

Aynur Camal

Endokrinoloq açıqladı: Az yatmaq qarın nahiyəsində piyi artırır

Aynur Camal

Yayda soyuqdəymənin əsas səbəbləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu