Bugun.tv xəbər verir ki, bir çox insan suşini yüngül və pəhriz qidası hesab etsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, suşinin əsas tərkib hissələrindən biri olan düyü hazırlanarkən şəkər, duz və düyü sirkəsi ilə qarışdırılır. Bu isə yeməyin kaloriliyini artırır. Xüsusilə krem pendir, mayonez, tempura və müxtəlif souslarla hazırlanan rulonların enerji dəyəri xeyli yüksəlir.
Dietoloqlar qeyd edirlər ki, bəzi suşi növlərinin bir porsiyası 500-700 kilokaloriyə qədər ola bilər. Bu göstərici isə tam bir nahar yeməyinin kalorisinə bərabərdir. Bundan əlavə, soya sousunun həddindən artıq istifadəsi orqanizmdə natriumun artmasına, nəticədə isə maye tutulmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Bununla yanaşı, suşi tamamilə zərərli qida hesab edilmir. Tərkibindəki balıq yüksək keyfiyyətli zülal, omeqa-3 yağ turşuları, yod və digər faydalı maddələrlə zəngindir. Mütəxəssislər sağlam seçim üçün krem pendirli, qızardılmış və çox souslu növlərdən uzaq durmağı, daha çox təzə balıq və tərəvəzlə hazırlanan variantlara üstünlük verməyi tövsiyə edirlər.
Mənbə: mail.ru
