İdman

Futbol həyata bağlanmağa kömək edir

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada bipolyar pozuntu, şizofreniya və digər psixi sağlamlıq problemlərindən əziyyət çəkən şəxslər futbol vasitəsilə dostluq, dəstək və yeni həyat məqsədi tapırlar.

Al Jazeera-nın hazırladığı reportajda bildirilir ki, vaxtilə bipolyar pozuntu diaqnozu qoyulan Tarik Kaidi uzun müddət ağır depressiya keçirib və cəmiyyətdən təcrid olunub. O, dostunun tövsiyəsi ilə psixi sağlamlıq problemləri yaşayan şəxslərdən ibarət futbol komandasına qoşulduqdan sonra həyatında müsbət dəyişikliklər baş verdiyini deyib.

Kaidinin sözlərinə görə, məşqlər və oyunlar ona yenidən evdən çıxmaq, insanlarla ünsiyyət qurmaq və özünəinamını bərpa etmək imkanı verib. Daha sonra o, məşqçilik lisenziyası alaraq 2019-cu ildə psixi sağlamlıq problemləri, əlillik və sosial təcridlə üzləşən insanlar üçün Minds United adlı təşkilat yaradıb.

Hazırda təşkilatın 400-dən çox üzvü var və futbol məşqləri ilə yanaşı, sosial fəaliyyətlər və dəstək proqramları həyata keçirir.

Mütəxəssislər qeyd edirlər ki, fiziki aktivlik depressiya və təşviş əlamətlərinin azalmasına kömək edir. 2023-cü ildə aparılan araşdırmanın nəticələrinə görə, müntəzəm fiziki fəaliyyət depressiya və narahatlıq simptomlarının azaldılmasında bəzi dərman və məsləhət xidmətlərindən daha effektiv ola bilər.

Bundan başqa, 2016-cı ildən keçirilən Dream World Cup turniri müxtəlif ölkələrdən psixi sağlamlıq xidmətlərindən yararlanan insanları bir araya gətirərək idmanın sosial inteqrasiyadakı rolunu nümayiş etdirir.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

UEFA-nın FİFA-nı boykotu baş tutarsa nə baş verəcək?

Aynur Camal

UEFA FİFA-nı boykot etməyə hazırlaşır – Dünya Kubokunun satışı planına etiraz

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu