İqtisadiyyat

Amerikada birja qarışıq bağlandı

Bugun.tv xarici mənbələrə  istinadən xəbər verir ki, bu gün ABŞ birjalarında fərqli mənzərə olub.

Belə ki, Dow Jones indeksi 0.2% artaraq ardıcıl 4-cü dəfə rekord bağlayıb. Buna səbəb bank və sənaye şirkətlərinin bahalaşması olub. Amma texnologiya şirkətlərinin toplandığı Nasdaq indeksi 0.6% ucuzlaşıb. Səbəb iki böyük yaddaş çip istehsalçısı – Western Digital və Sandisk-in gözləniləndən pis rüblük gəlir açıqlaması olub. Hesabatdan sonra bu şirkətlərin səhmləri 8%-dən çox ucuzlaşdı. Onların ardınca digər texnoloji şirkətlər də aşağı getdi.

Analitiklər deyir ki, investorlar indi iki şeyə baxır: bir tərəfdən ABŞ iqtisadiyyatı hələ güclüdür, o biri tərəfdən isə Yaxın Şərqdə gərginlik neftin qiymətini qaldırır. Bu gün 1 barel neft 78 dollara, 1 unsiya qızıl 4315 dollara satıldı. Bitcoin isə 64 min dollar ətrafında qaldı.

Bazar sabah ABŞ-ın işsizlik məlumatlarını gözləyir.

Mənbə: World News

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Fransada 54 milyard avroluq qənaət planı: hökumət xərcləri azaldır”

Aynur Camal

Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu