Bugun.tv xəbər verir ki, dietoloq-endokrinoloq Albina Komissarova ağ şəkərin tamamilə zərərli olduğu fikrinin doğru olmadığını bildirib.
“Zdorovye Mail”ə danışan mütəxəssisin sözlərinə görə, müasir elmi tövsiyələr ağ şəkər də daxil olmaqla bir sıra məhsulları “əlavə edilmiş şəkər” anlayışı altında birləşdirir. Bu qrupa kokos şəkəri, bal və müxtəlif şərbətlər də daxildir.
Həkim əlavə edilmiş şəkərin qida rasionunda məhdudlaşdırılmasının vacib olduğunu qeyd edib. Tövsiyələrə əsasən, əlavə edilmiş şəkərin gündəlik qida rasionunun təxminən 5–10 faizindən çox olmaması məsləhət görülür.
Komissarova vurğulayıb ki, şirniyyatı tamamilə qidadan çıxarmaq da vacib deyil. Onun sözlərinə görə, problem şəkərin özündə deyil, həddindən artıq istehlakındadır.
Mütəxəssis bildirib ki, insan əlavə edilmiş şəkərin qəbulunu tövsiyə olunan həddə saxladığı müddətdə şəkərin özünün zərərli olması barədə fikir düzgün deyil.
Dietoloq steviya ilə bağlı isə istisna olduğunu qeyd edib. Onun sözlərinə görə, steviya kalorisiz şəkər əvəzedicisidir və müəyyən hallarda şəkərin əvəzinə istifadə oluna bilər.
Mənbə: “Zdorovye Mail”
