Səhiyyə

Sağlam böyüklər üçün gündəlik zülal norması açıqlandı

Bugun.tv xəbər verir ki, sağlamlıq problemi olmayan böyüklər üçün gündəlik zülal qəbulunun bədən çəkisinin hər kiloqramına 0,8–1 qram olması kifayətdir.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko I Ümumrusiya Beynəlxalq İştiraklı “Qidalanma – millətin sağlamlığına aparan yol” konqresində məlumat verib. Nazir təqdim etdiyi materialda sağlam böyüklər üçün bu miqdarın adətən kifayət etdiyini bildirib.

Muraşkonun sözlərinə görə, daha çox zülala ehtiyacı olan bəzi insan qruplarında gündəlik qəbul miqdarı bədən çəkisinin hər kiloqramına 1,6 qrama qədər artırıla bilər.

Məsələn, 60 kiloqram çəkisi olan sağlam bir insan üçün göstərilən ümumi norma gündə təxminən 48–60 qram zülala uyğun gəlir.

Mütəxəssislərin vurğuladığı kimi, zülal orqanizmdə əzələlərin, toxumaların və bir sıra digər vacib funksiyaların normal fəaliyyəti üçün əhəmiyyətli qida maddəsidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim qaynadılmış ətdən çox yeməyin zərərini açıqladı

Aynur Camal

Qocalma zamanı əzələ zəifləməsinin səbəblərindən biri tapıldı

Aynur Camal

Alimlər beynin məlumat axınını izləmək üçün yeni üsul hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu