Ukrayna Rusiya müharibəsi, Rusiyanın neft emalı, neft emalı zavodları, Ukrayna zərbələri, Vladimir Putin, Rusiyada yanacaq böhranı, Rusiya iqtisadiyyatı, uzunmənzilli hücumlar
Dünya

Ukrayna zərbələri Rusiyanın neft emalı gücünün yarıdan çoxuna təsir edib

Bugun.tv xəbər verir ki, Ukrayna uzunmənzilli zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün yarıdan çoxuna zərər vurulduğunu açıqlayıb.

The Guardian-ın məlumatına görə, Ukraynanın Müdafiə Nazirliyi Rusiyada zərbələrin endirildiyi neft emalı gücünün 51 faizinin sıradan çıxdığını bildirib. Ukrayna tərəfi bunun Rusiyanın iqtisadiyyatına, eləcə də müharibədə ordusunu yanacaqla təmin etmək imkanlarına ciddi zərbə olduğunu qeyd edib.

Ukrayna müdafiə naziri Yevheni Xmara bildirib ki, neft emalı müəssisələrinə qarşı uzaqmənzilli hücumlar davam edir və bu zərbələr müharibəni Rusiya ərazisinə daşıyır.

Putin iqtisadi itkiləri etiraf edib

Rusiya rəsmiləri neft infrastrukturlarına dəyən zərərin ümumi həcmi barədə rəsmi rəqəmlər açıqlamayıb. Bununla belə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın neft emalı zavodlarına zərbələrinin ölkə iqtisadiyyatına təsir etdiyini etiraf edib.

Putin bu hücumların Rusiyanın ÜDM-nə təxminən 1 faiz itki yaratdığını bildirib. O, hücumların iqtisadi məqsədə qismən nail olduğunu söyləyib.

Ukrayna Rusiya müharibəsi, Rusiyanın neft emalı, neft emalı zavodları, Ukrayna zərbələri, Vladimir Putin, Rusiyada yanacaq böhranı, Rusiya iqtisadiyyatı, uzunmənzilli hücumlar

Yanacaq çatışmazlığı yaranmışdı

The Guardian qeyd edir ki, Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına davamlı hücumları daha əvvəl ölkədə genişmiqyaslı yanacaq böhranına səbəb olub. Nəticədə Rusiyanın bəzi bölgələrində benzin satışına məhdudiyyətlər tətbiq edilib.

ABŞ Prezidenti Donald Tramp da Rusiyanın neft emalı zavodlarına hücumların yanacağın bahalaşmasına təsir etdiyini bildirib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Cənub-Şərqi Asiya enerji təhlükəsizliyi üçün birgə addımlar atır

Aynur Camal

Qocalar evində yaşlılar ev heyvanları ilə birlikdə yaşayır

Aynur Camal

BMT Sudanla bağlı təcili atəşkəs çağırışı etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu