qəhvənin faydaları, meyvələrin sağlamlığa təsiri, hüceyrə qocalması, polifenollar, telomerlər, sağlam qidalanma, elmi araşdırma, yaşlanma prosesi
Səhiyyə

Qəhvə və meyvələr hüceyrələrin qocalması riskinin azalması ilə əlaqələndirilib

Bugun.tv xəbər verir ki, İspaniyalı alimlərin araşdırması qəhvə və meyvələrdə olan bitki mənşəli maddələrin hüceyrələrin qocalması ilə əlaqəli proseslərə təsir göstərə biləcəyini ortaya çıxarıb. Tədqiqatın nəticələrinə görə, polifenollarla zəngin qidalanma xromosomların uclarında yerləşən telomerlərin qısalması riskinin azalması ilə əlaqəlidir.

Mail.ru-nun məlumatına görə, Clinical Nutrition elmi jurnalında dərc olunan araşdırmada yaşı 55-dən yuxarı olan 1665 nəfərin məlumatları təhlil edilib. Tədqiqatçılar iştirakçıların qidalanma vərdişlərini və telomerlərinin uzunluğunu müqayisə ediblər.

Telomerlər hüceyrələr bölünərkən xromosomların genetik məlumatını qorumağa kömək edir. Onların zamanla qısalması hüceyrə qocalmasının göstəricilərindən biri hesab olunur.

Nəticələr göstərib ki, qida rasionunda daha çox polifenol qəbul edən iştirakçılarda telomerlərin qısalması riski bu maddələri ən az qəbul edənlərlə müqayisədə 49 faiz aşağı olub. Oxşar əlaqə polifenolların bir növü olan flavonoidlər üzrə də müşahidə edilib.

Araşdırmada xüsusilə qəhvə və meyvələrin istehlakı diqqət çəkib. Bununla belə, əlaqə 64 yaşdan aşağı iştirakçılarda müşahidə edilib, daha yaşlı insanlarda isə eyni nəticə qeydə alınmayıb.

Alimlər vurğulayırlar ki, bu nəticələr qəhvə və meyvələrin birbaşa qocalmanı ləngitdiyini sübut etmir. Telomerlərin uzunluğuna digər qidalanma vərdişləri, sağlamlıq vəziyyəti və həyat tərzi də təsir göstərə bilər.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq gec saatlarda hansı qidalardan uzaq durmağı tövsiyə edir

Aynur Camal

Həkim qanı duruldan qidalarla bağlı yayılmış fikri təkzib etdi

Aynur Camal

Həddindən artıq zülal qəbulu böyrəklərə əlavə yük yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu