Böyük Britaniya, sosial media, yeniyetmələr, 300 min gənc, psixi sağlamlıq, rəqəmsal təhlükəsizlik, sosial media məhdudiyyəti, elmi tədqiqat
Dünya

Britaniyada 300 mindən çox gəncin iştirakı ilə sosial media məhdudiyyətləri araşdırılacaq

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada 300 mindən çox uşaq və yeniyetmənin iştirakı ilə sosial media istifadəsinə tətbiq olunacaq məhdudiyyətlərin onların psixi sağlamlığına və gündəlik həyatına təsirini öyrənən genişmiqyaslı tədqiqat proqramına başlanır.

Noyabrın 18-də elan edilən proqram “Wellcome” təşkilatının 9,3 milyon funt sterlinq maliyyə dəstəyi ilə həyata keçiriləcək. Araşdırma 10 elmi tədqiqat qrupunu birləşdirəcək və İngiltərə, Uels və Şotlandiyada aparılacaq.

Tədqiqatçılar sosial media məhdudiyyətlərinin gənclərin psixoloji vəziyyətinə, yuxu rejiminə, fiziki fəallığına, dostluq münasibətlərinə və gündəlik davranışlarına necə təsir etdiyini müəyyənləşdirməyə çalışacaqlar. Bu məqsədlə sorğular, müsahibələr, rəqəmsal gündəliklər və fiziki fəallığı izləyən xüsusi cihazlardan istifadə olunacaq.

Araşdırma Böyük Britaniyada 16 yaşdan kiçiklərin sosial media platformalarına çıxışının məhdudlaşdırılması planının 2027-ci ilin yazında qüvvəyə minməsindən əvvəl və sonrakı vəziyyəti müqayisə etməyə imkan verəcək.

Alimlər həmçinin yeni qaydaların mümkün faydalarını, eləcə də gənclərin sosial əlaqələrinə və onlayn dəstək imkanlarına yarada biləcəyi təsirləri qiymətləndirəcəklər. Tədqiqatın nəticələrinin gələcək rəqəmsal təhlükəsizlik siyasətinin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Yeni çobanyastığı növünə alim Pieter Pelserin adı verildi

Aynur Camal

Sakit okeanda Xavier qasırğası beşinci kateqoriyaya yüksəldi

Aynur Camal

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi: “İnsan”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu