22.4 C
Baku
11 May 2025, 12:49
Baş xəbərDigər

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fənn üzrə təqdim olunduğu açıqlanıb.

Bugün.tv  “Report”a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir: “Ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir. Bu bizim üçün də çox maraqlıdır”.

Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: “Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib”.

Qeyd edək ki, bu il MİQ üzrə müddətsiz işə qəbul istiqamətində son 5 ildə ən yüksək sayda – 9 805 vakant yer təqdim edilib.

Aynur Camal

Oxşar xəbərlər

Qırmızı bülletenlə axtarılan məhkum tutuldu

İntizar Əmirova

İlham Əliyevin To Lam ilə məhdud tərkibdə görüşü oldu – FOTO

Aynur Camal

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu