Baş xəbərİdman

2023-cü il Avropa həndbol oyunları Bakıda keçiriləcək

Bugün.tv “Report”un məlumatına istinadən bildirir ki, Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçirilməsi qərarı qəbul edilib.

Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.

Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu