Image default
Digər

ABŞ nümayəndələri Ukrayna məsələsini müzakirə etmək üçün yenidən Rusiyaya səfər planlaşdırır

The New York Times nəşrinin məlumatına görə, ABŞ nümayəndələri Ukrayna böhranının həllini müzakirə etmək üçün Rusiyaya yenidən səfər etməyi planlaşdırırlar.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton bu səfəri əsaslandırmaq üçün əvvəlcə danışıqlarda müəyyən irəliləyiş əldə olunmasını gözləyir.

Qeyd olunur ki, Stiv Vitkoff və Cared Kuşner sonuncu dəfə dekabr ayında Rusiyada olublar. Daha əvvəl Dmitri Peskov onların səfərinin vaxtının razılaşdırılmasını gözlədiklərini bildirmişdi.

Məlumatda vurğulanır ki, tərəflər arasında təmasların bərpası Ukrayna münaqişəsinin diplomatik həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu