Baş xəbərSəhiyyə

Adi şəkər və sirkə ilə həyat xilasedici dərman istehsal edildi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Scripps Research tədqiqat mərkəzi və Böyük Britaniyanın Bristol Universiteti alimləri adi süfrə şəkəri və sirkədən istifadə etməklə mühüm dərmanların istehsalını daha ucuz və sürətli edə biləcək yeni üsul hazırlayıblar.

Tədqiqatın nəticələrinə görə, alimlər indiyədək hazırlanması çətin, vaxt aparan və bahalı hesab olunan C-qlikozid kimyəvi birləşmələrinin əldə olunmasını xeyli sadələşdiriblər. Bu molekullar orqanizmdə daha dayanıqlı olduqları üçün bir çox dərmanın hazırlanmasında mühüm rol oynayır.

Araşdırmanın həmmüəllifi, Bristol Universitetinin professoru Varind Aqqarval bildirib ki, yeni üsul gələcəkdə əsas dərmanların istehsalını həm daha sürətli, həm də daha sərfəli edə bilər.

Yeni texnologiya xüsusilə 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan dapagliflozin, kanaqliflozinempagliflozin kimi SGLT2 inhibitorlarının istehsalı üçün böyük əhəmiyyət daşıyır. Dünyada illik satış həcmi 20 milyard dollara çatan bu preparatların istehsalı indiyədək mürəkkəb və çoxmərhələli kimyəvi proses tələb edirdi.

Alimlər göstəriblər ki, şəkər molekulunu zəif turşu mühitində – məsələn, adi sirkədə – xüsusi reaktivlə qarışdırmaq və kristallaşdırmaqla lazım olan kimyəvi quruluşu bir mərhələdə əldə etmək mümkündür.

həblər, tablet
Alimlər adi şəkər və sirkə ilə dərman istehsalını ucuzlaşdıra biləcək üsul hazırlayıblar

Scripps Research mərkəzinin professoru Fil Baran bildirib ki, istifadə olunan maddələr geniş yayılıb və metod patentləşdirilməyib. Onun sözlərinə görə, bu yanaşma generik dərman istehsalçılarına istehsal xərclərini azaltmağa kömək edə bilər.

Tədqiqatçılar metodun praktikliyini sübut etmək üçün adi aptekdən alınmış dekstroz tozunu məişətdə istifadə olunan sirkədə həll edərək prosesi nümayiş etdiriblər. Hazırlanan üsulla hazırda təsdiqlənmiş bütün SGLT2 inhibitorları, eləcə də əvvəllər 20-yə qədər sintez mərhələsi tələb edən mürəkkəb təbii birləşmələr uğurla əldə edilib.

Alimlər hesab edirlər ki, bu metod gələcəkdə həyati əhəmiyyət daşıyan dərmanların istehsal xərclərinin azalmasına və onların daha əlçatan olmasına töhfə verə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Polisinin 108 illiyi qeyd olundu

Aynur Camal

Dünyanın ən bahalı məktubu 5 milyon dollardan çox qiymətləndirilir – səbəb isə içində yazılanlar deyil

Aynur Camal

Azərbaycanlı mütəxəssislər Çində keçirilən “Jetour” təlimini uğurla başa vurdular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu