Sosial

Alimlər iştahanı idarə edən gözlənilməz mexanizmi aşkar ediblər

Alimlər həzm sistemi ilə beyin arasında əvvəllər məlum olmayan mürəkkəb siqnal şəbəkəsini müəyyən ediblər. Araşdırmanın nəticələri göstərir ki, orqanizmdə həyati vacib amin turşularının çatışmazlığı yarandıqda, bədən qida seçimlərini dəyişdirərək insanı daha çox zülallı qidalara yönləndirir.

“Science” jurnalında dərc olunan tədqiqata görə, zülal çatışmazlığı zamanı həzm sistemi beyinə güclü siqnallar göndərir. Bu siqnallar qida davranışına təsir göstərərək karbohidratlara olan marağı azaldır, zülal və amin turşuları ilə zəngin qidalara meyli isə artırır.

Araşdırma zamanı məlum olub ki, orqanizmdə zülal çatışmazlığı yarandıqda bağırsaqdakı xüsusi hüceyrələr müəyyən peptid hormonları ifraz edir. Həmin hormonlar həm sinir sistemi vasitəsilə beyinə siqnal ötürür, həm də qan dövranına daxil olaraq amin turşularına olan ehtiyacı gücləndirir.

Mütəxəssislərin sözlərinə görə, bu mexanizmin ən maraqlı tərəfi onun sadəcə aclığı artırmaması, eyni zamanda qida seçimlərini dəyişdirməsidir. Hormon siqnalları şəkərə həssas olan beyin hüceyrələrinin fəaliyyətini zəiflədir, nəticədə şirin və karbohidratlı qidalara maraq azalır.

Tədqiqatçılar bildirirlər ki, oxşar mexanizmlər məməlilərdə də müşahidə olunur. Aparılan eksperimentlər zülal çatışmazlığı yaşayan heyvanların amin turşuları ilə zəngin qidalara daha çox üstünlük verdiyini göstərib.

Alimlər hesab edirlər ki, bu kəşf piylənmə və qidalanma pozuntularının yaranma mexanizmlərinin daha yaxşı başa düşülməsinə kömək edə bilər. Gələcəkdə əldə olunan nəticələrin metabolik xəstəliklərin müalicəsində yeni yanaşmaların hazırlanmasına töhfə verəcəyi gözlənilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qəhvənin əsas dad sirrini açıqlayıblar

Aynur Camal

2026-cı ilin yayında qısa donlar yenidən dəbə minib

Aynur Camal

Psixoloqlar açıqlayır: Xırda detalları xatırlayan insanlar sadəcə diqqətli olmurlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu